"Biz bu oyuna revanş üçün çıxmışdıq və bir tapşırığımız var idi"

22 May 2017 10:48 İslam Oyunları 275
"Biz bu oyuna revanş üçün çıxmışdıq və bir tapşırığımız var idi"

"Biz Mali yığmasına qrup mərhələsində artıq bir dəfə məğlub olmuşduq. Ona görə də, qızıl medallar uğrunda görüşə yalnız qalib gəlmək niyyəti ilə çıxmışdıq" - Sportinfo.az xəbər verir ki, bunu İslamiadanın qızıl medalçısı, 3x3 basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Tatyana Deniskina deyib.

Azərbaycanlı oyunçu yığma kpmandasının turnir üzrə ümumilikdə oyunu yüksək qiymətləndirib: "Biz bu oyuna revanş almaq üçün çıxmışdıq və bir tapşırığımız var idi - qalib olmaq, buna da nail olduq", - deyə idmançı əlavə edib.

T.Deniskina, həmçinin Mali yığmasının kobud oynadığını diqqətə çatdırıb: "Biz onlarla artıq oynadığıçız üçün, bu cür oyuna hazır idik. Biz də onlara qarşı sərt oynadıq və məqsədimizə çatdıq".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"