İslamiada çempionu olduq!

21 May 2017 22:52 İslam Oyunları 992
İslamiada çempionu olduq!

Bu gün İslam Həmrəyliyi Oyunlarında futbol yarışı başa çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycanın U-23 millisi finalda Oman yığması ilə qarşılaşıb. "Qarabağ"ın hücumçusu Mahir Mədətovun dubluyla 2:1 hesabıyla qalib gələn millimiz 4-cü İslam Həmrəyliyi Oyunlarını çempion kimi başa vurub.

Millimiz qrup oyunlarında iki heç-heçə və bir qələbəylə yarımfinala adlamışdı. Yaşar Vahabzadənin yetirmələri yarımfinalda Əlcəzairi məğlub etmişdi. Kamerunla Əlcəzair yığmaları isə bürünc medallara sahib çıxmaq uğrunda mübarizə aparıb. Əlcəzair 2:0 hesablı qələbə qazanmaqla, İslam Oyunlarının bürünc medallarına sahib çıxıb.


21:00. Azərbaycan – Oman 2:1

Qollar: Mahir Mədətov, 17; 27 - Al-Yahyaei, 57.

Azərbaycan: 1. Şahruddin Maqomedəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 16. Elvin Camalov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı.

Ehtiyat oyunçular: 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 21. Vüqar Mustafayev, 22. Emil Balayev, 23. Fəhmin Muradbəyli.

Baş məşqçi: Yaşar Vahabzadə.

Oman: 12. Al Savvafi İbrahim, 2. Al-Saadi Hassan, 3. Al-Saadi Majid Saleem Al-Mas, 5. Al-Habsi Juma, 8. Al-Mamari Juma Mubarak Ambar, 9. Avlad Vadi Marvan, 11. Al Qassani Muhsen, 16. Al-Matroushi Ahmed, 20. Al-Yahyaei Salaah, 21. Al-Qeilani Abdul Aziz (k), 22. Al Baluşi Bilal.

Ehtiyat oyunçular: 1. Al-Mukhaini İbrahim, 4. Al Mahruqi Qadhafi, 6. Al Raqadi Muanis, 7. Al-Kaabi Ahmed, 10. Al Mukhaini Yusaif, 13. Obaid İssam, 14. Al-Şibli Muhannad, 15. Hikal Aiman, 17. Al Şayadi Ammar, 19. Al Tamtami Abdallah, 23. Abdullah Abdullah.

Baş məşqçi: Al-Azani Hamed.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"