Azərbaycanlı suya tullananın qızılı

21 May 2017 19:24 İslam Oyunları 263
Azərbaycanlı suya tullananın qızılı

IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında 3 metrlik tramplindən suya tullanma üzrə final yarışları tamamlanıb. Sportinfo.az xəbər verir ki, 5 cəhdin yekununda Azərbaycan təmsilçisi Olqa Bıkovskaya 223,10 xal toplayaq qızıl medala layiq görülüb.

Gümüş medalı türkiyəli Keskin Yaprak Seli (177,40), bürünc medalı indoneziyalı idmançı Della Harimurti (168.75) qazanıb. Türkiyəli daha bir suya tullanan Sinem Sağlam 165,10 xalla dördüncü yeri tutaraq medalsız qalıb. Olqa Bıkovskaya mayın 19-da 10 metrlik platformadan suya tullanma yarışında da qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"