İslamiadanın 67-ci qızıl medalı zorxanadan - Rüfət Gülalıyevdən gəldi

21 May 2017 17:48 İslam Oyunları 481
İslamiadanın 67-ci qızıl medalı zorxanadan - Rüfət Gülalıyevdən gəldi

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında 67-ci qızı medalını qazanıb. Sportinfo.az xəbər verir ki, bu, zorxanadakı təmsilçimiz Rüfət Gülalıyevlə reallaşıb. O, bu yarışların səngi növü üzrə qızıl medala layiq görülüb.

Rüfətə qızıl medalı İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Salim Musoke təqdim edib. Günün ikinci yarısında isə kəbbadə, milsəngin və çərxi-çəməni növləri üzrə fərdi hərəkətlərdə qaliblər məlum olacaq. Zorxana yığmamız komanda yarışlarında gümüş medalçı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"