Əlcəzair İslamiadada futbol yarışının bürünc mükafatçısı oldu

21 May 2017 16:48 İslam Oyunları 302
Əlcəzair İslamiadada futbol yarışının bürünc mükafatçısı oldu

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının bürünc mükafatçısı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu, Əlcəzair yığmasıdı. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş 3-cü yer uğrunda görüşdə Əlcəzair Kamerunu məğlub edib - 2:0. Görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

Eyni arenada saat 21:00-da başlanacaq final oyununda Azərbaycan və Omanın 23 yaşadək futbolçulardan ibarət yığmaları üz-üzə gələcək. Əlcəzair yarımfinalda Azərbaycana uduzmuşdu - 0:2. Kamerunla isə qrup mərhələsindəki görüş qolsuz yekunlaşmışdı - 0:0.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"