Azərbaycan zorxanaçıları bir dəst medal əldə etdi - İslamiada

21 May 2017 14:36 İslam Oyunları 477
Azərbaycan zorxanaçıları bir dəst medal əldə etdi - İslamiada

IV İslam Həmrəyliyi Oyunlarında zorxana üzrə fərdi yarışlara start verilib. Sportinfo.az xəbər verir ki, artıq üç növdə mübarizəyə yekun vurulub. Azərbaycan təmsilçiləri bir dəst medal qazanıblar.

Səngi yarışında 456 xal toplayan Rüfət Qüləliyev qızıl, milbazidə 379 xal yığan Xəyyam Orucov gümüş, çərxi-tizdə isə 280 xala malik Orxan Xanlarov bürünc medala yiyələnib. Bu axşam Orxan Xanlarov çərxi-çəməni, Məmmədi Salamov kəbbadə, Xəyyam Orucov isə mil səngin yarışında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"