İslamiada: Azərbaycan qadın güləşçisi qızıl medal qazandı

21 May 2017 13:36 İslam Oyunları 460
İslamiada: Azərbaycan qadın güləşçisi qızıl medal qazandı

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın güləşçilərin mübarizəsinə start verilib. Sportinfo.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda bu gün 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşir.

53 kq-da mübarizə aparan Leyla Qurbanova hər iki görüşü qələbə ilə başa vurub və İslamiadanın qızıl medalını qazanıb. Elis Manolova (69 kq) finala yüksəlibsə, Elmira Qəmbərova (63 kq) bürünc medal uğrunda güləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"