"Bu qızılı "Qəbələ"yə həsr edirəm, üzərimdə böyük əziyyəti var"

21 May 2017 12:36 İslam Oyunları 510
"Bu qızılı "Qəbələ"yə həsr edirəm, üzərimdə böyük əziyyəti var"

"Qələbəmə inanırdım" - Sportinfo.az xəbər verir ki, bunu lV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın boks yığmasının aktivinə qızıl medal yazdıran Cavid Çələbiyev deyib. O, yarışa hazırlaşdığını deyərək bu səbəbdən müsbət nəticə əldə etdiyini bildirib:

"Qızıl medal qazandım. Mən çəkdiyim əziyyətlərə görə bütün rəqiblərimdən güclü olduğuma əmin idim. Bundan sonra bütün yarışlara 60 kq çəki dərəcəsində qatılacağam. Mən "Qəbələ" klubunu təmsil edirəm və bu qızıl medalı da kluba həsr edirəm. Çünki bu klubun üzərimdə böyük əziyyəti var".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"