"Zəif hesab etdiyin adam elə bir fənd işlədə bilər ki, uduzarsan"

21 May 2017 11:36 İslam Oyunları 297
"Zəif hesab etdiyin adam elə bir fənd işlədə bilər ki, uduzarsan"

"Heç bir rəqib zəif deyil. Zəif hesab etdiyin idmançı elə bir fənd işlədə bilər ki, uduzarsan" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Kamran Məmmədov deyib.

Onun sözlərinə görə, əsas rəqibi iranlı idmançı olub: "Əsas hazırlaşdığım iranlı idmançı idi və ona qalib gəldim. Digəri isə türkiyəli idmançı idi. Şans elə gətirdi ki, türkiyəli idmançı zəif hesab etdiyimiz idmançıya uduzdu və mən onunla qarşılaşmadım".

K.Məmmədov bunu karyerasının zirvəsi adlandırıb: "Növbəti hədəf Heydər Əliyev adına Qızıl Qran-pri turniri, sonra isə dünya çempionatıdır".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"