"Tabloya baxıb şoka düşdüm"

21 May 2017 10:48 İslam Oyunları 402
"Tabloya baxıb şoka düşdüm"

"İslamiadanın Bakıda keçirilməsi sevindirici haldır. Təəssüf ki, bürünc medal qazandım. Qismət belə imiş. Çalışacağam ki, gələcəkdə belə səhv buraxmayım" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədov söyləyib.

63 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov yarımfinalda qazaxıstanlı Əlimxan Serikbayevə uduzmasını bir anlıq diqqətsizliklə əlaqələndirib: "Son saniyələrdə mən də zərbə vurdum. Lakin tabloya baxanda şoka düşdüm. Rəqib bir xal önə keçərək, finala çıxdı. Bürünc medal əldə etdim. Bir aydan sonra dünya çempionatı var. Orda "qızıl" qazanmağa çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti