İslamiada: 3x3 üzrə 2-ci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salındı

21 May 2017 09:36 İslam Oyunları 265
İslamiada: 3x3 üzrə 2-ci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salındı

Basketbol 3x3 yarışı üzrə ikinci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Sportinfo.az xəbər verir ki, təxirə salınmış idman sessiyası sabah – mayın 21-də baş tutacaq.

Qərar oyunçuların təhlükəsizliyini təmin etmək, zədə riskindən və güclü yağışın meydança üzərində yarada biləcəyi təsirlərdən qorunmaq üçün qəbul edilib. Növbəti ¼ final matçları mayın 21-də, saat 10:00-dan etibarən Basketbol Arenada keçiriləcək:

- ¼ final 3 Qadınlar: Türkiyə-Əlcəzair
- ¼ final 4 Qadınlar: Azərbaycan-İndoneziya
- ¼ final 3 Kişilər: Qətər-Səudiyyə Ərəbistanı
- ¼ final 4 Kişilər: Türkmənistan-Mali

Dəyişiklik yarımfinal və final oyunlarının keçiriləcəyi vaxtlara heç bir şəkildə təsir etməyəcək və bu oyunlar əvvəlcədən nəzərdə tutulmuş saatlarda baş tutacaq. Dünən təxirə salınmış basketbol 3x3 sessiyasına bileti olan tamaşaçılar eyni biletlə 21 mayda təxirə salınmış sessiyanı izləyə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"