Mehriban Əliyeva finalın qaliblərini mükafatlandırdı - VİDEO

21 May 2017 09:24 İslam Oyunları 303
Mehriban Əliyeva finalın qaliblərini mükafatlandırdı - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarının final qarşılaşmasına baxıblar.

Sportinfo.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında 125 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib. Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb. Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"