"O, öz yerini möhkəmləndirdi"

21 May 2017 08:24 İslam Oyunları 295
"O, öz yerini möhkəmləndirdi"

"İslam Həmrəyliyi Oyunlarında qarşımıza qoyduğumuz məqsədə artıqlaması ilə nail olduq" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib.

F.Umudov Azərbaycan komandasının Avropa çempionatında və dünya kuboku uğrunda yarışlarda uğurla iştirak etdiyini də deyib. O, bəzi idmançıların yarışı düzgün qura bilmədiyini də etiraf edib: "Gördüyünüz kimi, komandada gənclərə də üstünlük verilmişdi.

Elə idmançılar var ki, finala qədər özlərini doğrultdular, amma finalda bəzi çatışmazlıqlar da oldu. 70 kq-da mübarizə aparan Murtuz Müslümovun görüşünü belə gözləmirdik. O, görüşü biz istədiyimiz kimi qura bilmədi. Həmçinin Cəbrayıl Həsənov da ilk görüşdə iranlı güləşçiyə məğlub oldu. Düşünürəm ki, ikinci yaxud üçüncü görüşdə qarşılaşsaydılar, başqa cür olardı".

Baş məşqçi bildirib ki, Nurməhəmməd Hacıyev öz çəki dərəcəsində yaxşı nəticə göstərib: "Nurməhəmməd bu çəki dərəcəsində öz yerini möhkəmləndirdi. Onunla bağlı Tokio-2020 Olimpiadasıyla əlaqədar planlarımız vardı. Finaldakı uğurlu çıxışı fikirlərimizi daha da qətiləşdirdi".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"