"Açığı, ora getmək istəmirdim"

21 May 2017 00:53 İslam Oyunları 367
"Açığı, ora getmək istəmirdim"

"Finaldakı rəqibim Qazaxıstan güləşçisi idi. O, hesabda irəlidə olsa da, qalib gələcəyimə inanırdım" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Cəmaləddin Məhəmmədov deyib.

İslamiada qalibi Heydər Əliyev adına Qızıl Qran-pri turnirində və dünya çempionatında da qızıl medal qazanmağı hədəflədiyini deyib. C.Məhəmmədov İslamiadaya hazırlaşmağından da danışıb:

"Avropa çempionatına getmək istəmirdim. İslam Oyunları ölkəmizdə keçirildiyi üçün daha çox məsuliyyətli idi və ona görə də yarışlara daha yaxşı hazırlaşmaq istəyirdim. Amma sağ olsunlar ki, məni inandırdılar və Avropa çempionatında gümüş medal qazandım".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"