Azərbaycan sərbəst güləşçiləri 4 qızıl, 2 gümüş, 1 bürünc qazandı

21 May 2017 00:40 İslam Oyunları 280
Azərbaycan sərbəst güləşçiləri 4 qızıl, 2 gümüş, 1 bürünc qazandı

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov qızıl medal qazanıb. Sportimfo.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsindəki Məhəmmədov finalda qazaxıstanlı Daulet Şabanbaya qalib gəlib - 12:8. Beləliklə, Azərbaycan sərbəst güləşçiləri İslamiadanı 4 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar.

Qızıl medallara Cəmaləddin Məhəmmədovdan əlavə, Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq) və Nurmaqomed Hacıyev (97 lq), gümüş medallara Məhəmməd Müslümov (65 kq) və Murtuzəli Müslümov (70 kq), bürünc medala isə Şərif Şərifov (86 kq) yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"