"Onlar heç vaxt asan oyun vermirlər" - Millimizin qız üzvü

20 May 2017 16:24 İslam Oyunları 410
"Onlar heç vaxt asan oyun vermirlər" - Millimizin qız üzvü

"Əvvəlcədən də bilirik ki, bizim türklərlə oyunlarımız rəqabətli keçir. Onlar heç vaxt asan oyun vermirlər. Oyunda çətinliklə qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında Türkiyə yığması ilə final matçından sonra Azərbaycan milli komandasının üzvü Ceyran Əliyeva deyib.

O, nəticənin göz qabağında olduğunu bildirib: "Görüşə ciddi hazırlaşmışdıq. Nəticə isə göz qabağında oldu. İkinci setdə uduzmağımız öz səhvimiz idi".

Türkiyə ilə qarşılaşmanı dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından önənli sayan Əliyeva "Biz özümüzü sınadıq və hazır olduğumuzu düşünürəm" deyə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"