COP29

Ayşən: "Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq"

20 May 2017 15:48 İslam Oyunları 249
Ayşən: "Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq"

"Bu oyuna ciddi hazırlaşmışdıq. Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında Türkiyə ilə final matçından sonra Azərbaycan komandasının üzvü Ayşən Abduləzimova deyib.

O, ikinci setdə uduzmaqlarını rəqibin oyuna çox yaxşı hazırlaşması ilə əlaqələndirib: "Türkiyə ilə qrupda da qarşılaşmışdıq. Həmin vaxt zəif oynasalar da, bu dəfə çox israrlı idilər".

Abduləzimova qarşıda daha vacib yarışların olduğunu əlavə edib: "Tezliklə dünya çempionatının seçmə oyunları başlanır. Ondan sonra isə Avropa çempionatı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı