COP29

İslamiada ilə əlaqədar 1000-dən çox sürücü cərimələndi - ZOLAQ

20 May 2017 15:24 İslam Oyunları 213
İslamiada ilə əlaqədar 1000-dən çox sürücü cərimələndi - ZOLAQ

Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib. Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir: "Ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir".

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı