İslamiada: Azərbaycanın 2 para-atleti medal qazandı

20 May 2017 13:48 İslam Oyunları 367
İslamiada: Azərbaycanın 2 para-atleti medal qazandı

Azərbaycanın 2 para-atleti IV İslam Həmrəyliyi Oyunlarında medal qazanıb. Sportinfo.az xəbər verir ki, onlar kişilər arasında T11 kateqoriyasında uzununa tullanma yarışında fərqləniblər.

Elçin Muradov 5,76 metr nəticə ilə qızıl, Zeyniddin Bilalov 5,22 metr göstərici ilə bürünc medala sahib olub. Gümüş medalı isə 5,28 metr uzununa tullanan indoneziyalı Abdul Dalimunte əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"