COP29

Azərbaycan Türkiyəni keçdi

20 May 2017 12:00 İslam Oyunları 300
Azərbaycan Türkiyəni keçdi

IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə Azərbaycan 8 medal qazanıb. Sportinfo.az xəbər verir ki, təmsilçilərimiz 4 qızıl, 2 gümüş və 2 bürünc medal alıb. Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Gümüş mükafata isə Jinq Ninq (stolüstü tennis, qadınlar) və Maqomed Müslimov (sərbəst güləş, 65 kq) qovuşub. Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) "bürünc"lə kifayətlənib.


Bununla da ümumi medal sayı 124-ə çatıb. "Qənimətlər"in 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdü. Beləliklə, millimiz ümumi sıralamada liderliyi ələ alıb. Yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. Qardaş ölkənin hesabında 61 qızıl, 56 gümüş, 45 bürünc medal var.

Digər Xəbərlər
Xəbər Lenti