COP29

"Son anda özümdə güc tapdım"

20 May 2017 00:53 İslam Oyunları 338
"Son anda özümdə güc tapdım"

"Finalda bir az yorğun olduğum üçün İran idmançısı önə çxmışdı. Amma son anda özümdə güc tapıb ona qalib gəldim".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 97 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Nurməhəmməd Hacıyev deyib.

Onun sözlırinə görə, final görüşü ən çətin olub: "İranlı rəqibimi əsl rəqib hesab edirəm. Qələbəmə görə məşqçilərimə, baş məşqçimizə minnətdaram".

O, dünya çempionatına hazırlaşacağını da deyib: "Dünya çempionatında iştirak etməyim hakimlərin qərarından asılıdır. Amma mən məşqlərimi davam etdirəcəm, hazırlaşacam".

Digər Xəbərlər
Xəbər Lenti