İslamiada: Azərbaycan suya tullananlarından daha bir medal

20 May 2017 00:16 İslam Oyunları 440
İslamiada: Azərbaycan suya tullananlarından daha bir medal

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən suya tullananlardan ibarət Artyom Danilov - Dmitri Sorokin dueti bürünc medal qazanıb. Sportinfo.az xəbər verir ki, cütlük 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında fərqlənib. Onlar 6 cəhdin yekununda 297,90 xal toplayıblar.

Qadınlar arasında 10 metrlik platformadan tullanmada Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 275,85 xal toplayıb. Gümüş medalı 167,70 xal yığan indoneziyalı Della Harimurti, bürünc medalı isə 161,95 xalla türkiyəli Sinem Sağlam əldə edib. Azərbaycan suya tullanma növündə ilk medalı ötən gün Dmitri Sorokin qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"