Azərbaycan sərbəst güləşçiləri 2 qızıl, 1 gümüş medal qazandı

20 May 2017 00:00 İslam Oyunları 426
Azərbaycan sərbəst güləşçiləri 2 qızıl, 1 gümüş medal qazandı

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Nurməhəmməd Hacıyev qızıl medal qazanıb. Sportinfo.az-ın məlumatına görə,97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadini yenib - 9:2. Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar.

Məhəmməd Müslümov gümüş medal qazanıb. 65 kq çəki dərəcəsində yer alan Müslümov finalda iranlı Meysam Nəsiriyə uduzub - 3:5. Mahir Əmiraslanov qızıl medal qazanıb. 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov finalda qazaxıstanlı Jandos İsmayılovu məğlub edib.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib. Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"