COP29

İslamiada: Azərbaycan para-atleti qızıl medal qazandı

19 May 2017 20:00 İslam Oyunları 216
İslamiada: Azərbaycan para-atleti qızıl medal qazandı

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Yelena Çebanu daha bir qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, 36 yaşlı idmançı bu dəfə 200 metr məsafəyə qaçışda fərqlənib.

O, finişə 24,69 saniyəyə çatıb. Gümüş medalı indoneziyalı Endanq Sitorus 26,73 saniyə, bürünc medalı isə mərakeşli Meryem En-Nuri 31,29 saniyə nəticə ilə əldə edib. Yelena Çebanu mayın 16-da 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti