Türkiyə səfiri: "Azərbaycan İslamiadanı çox yaxşı təşkil edib"

19 May 2017 16:00 İslam Oyunları 343
Türkiyə səfiri: "Azərbaycan İslamiadanı çox yaxşı təşkil edib"

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını çox yaxşı təşkil edib və bu münasibətlə ölkəni təbrik edirəm" - Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bu Oyunlarda Türkiyə və Azərbaycanın medallar uğrunda əsl rəqabət apardığını qeyd edib: "Bir müddət birinci yerə çıxmışdıq, sonra siz ilk pilləyə yüksəldiniz, indi yenə biz birinci pillədəyik".

vnəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Diplomat bildirib ki, turnirin sonuna 4 gün qalıb, mübarizə maraqla izlənilir: "İstənilən halda, ya Türkiyə, ya da Azərbaycan komandası birinci olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"