COP29

İslamiada: Azərbaycan stolüstü tennisçisi Jinq Ninq finala yüksəldi

19 May 2017 14:24 İslam Oyunları 241
İslamiada: Azərbaycan stolüstü tennisçisi Jinq Ninq finala yüksəldi

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinal görüşlərinə çıxıblar. Sportinfo.az xəbər verir ki, Jinq Ninq iranlı Neda Şahsavari ilə üz-üzə gəlib. 22 dəqiqəlik qarşılaşmanın sonunda Ninq 4:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. O, 5 geymlik mübarizənin yalnız 3-cüsündə uduzub - 11:5, 12:10, 9:11, 11:4, 11:3.

Azərbaycan təmsilçisinin finaldakı rəqibi türkiyəli Melek Hu olacaq. Hu yarımfinalda Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanqı yenib - 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12). Bu gün saat 16:00-da Vanq Şahsavari ilə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək. Saat 17:00-da isə Ninq Hu ilə finalda qarşılaşacaq. Bu, Azərbaycanın nüfuzlu yarışlarda ilk böyük nailiyyətidi.

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı