Prezident qızları ilə final oyunlarını izlədi - FOTOLAR

19 May 2017 12:36 İslam Oyunları 508
Prezident qızları ilə final oyunlarını izlədi - FOTOLAR

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Sportinfo.az xəbər verir ki, prezident İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar. Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib. Qalib idmançılara medalları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib. Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"