"O, mənə məğlub oldu və bununla barışmadığı üçün etiraz etdi"

19 May 2017 11:48 İslam Oyunları 455
"O, mənə məğlub oldu və bununla barışmadığı üçün etiraz etdi"

"Qələbəmi yaxınlarıma dostlarıma, əsasən də valideynlərinə həsr edirəm" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 85 kq çəki dərəcəsində qızıl medal mükafatçısı İslam Abbasov deyib.

İ.Abbasovun sözlərinə görə, İslamiada onun üçün 2020-ci il Olimpiadasına tramplindir: "Hamı istəyir ki, Olimpiya çempionu olum. Dünya çempionu olmaq asandır, amma onu qoruyub saxlama çətindir. Çünki rəqiblərin səni axtarır-araşdırır".

O, türkiyəli idmançının finalda etirazına da aydınlıq gətirib: "Türk idmançı ilə 7-ci dəfə görüşürdük və cəmi 1 dəfə qalib gəlib. Ona görə bir-birimizi yaxşı tanıyırdıq. Hakimin mənə xal verməsinə gəlincə, oyun obyektiv keçdi. Sadəcə, o məğlub oldu və məğlubiyyətlə barışmadığı üçün etiraz etdi".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"