COP29

FOTO - Ramil Quliyev Türkiyə yığmasına növbəti qızıl medalı gətirdi

19 May 2017 00:40 İslam Oyunları 560
FOTO - Ramil Quliyev Türkiyə yığmasına növbəti qızıl medalı gətirdi

IV İslam Həmrəyliyi Oyunlarının ən sürətli atleti müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu, hazırda Türkiyə milli komandasının heyətində çıxış edən əslən azərbaycanlı sprinter Ramil Quliyevdi. 27 yaşlı idmançı həm 100 metr, həm də 200 metr məsafələrə qaçışda birinci yeri tutub.

Quliyev bu məsafələri müvafiq olaraq, 10,6 saniyə və 20,08 saniyəyə qət edib. Azərbaycan təmsilçiləri isə 100 metr məsafəyə qaçışda nəinki final, heç yarımfinal mərhələsinə də yüksələ bilməyiblər. Kamran Əsgərov bu məsafəni 11,04 saniyəyə, Ramiz Məlikov 11,26 saniyəyə qaçıb.

200 metr məsafəyə qaçışda isə Yevgeni Kasilov təsnifat mərhələsində 21,97 saniyə, Arif Abbasov 22,65 saniyə nəticə göstərib. Onlar yarımfinala yüksəlsələr də, müvafiq olaraq, 21,96 saniyə və 22,45 saniyə göstəriciləri finala vəsiqə üçün yetərli olmayıb. Ramil Quliyev 2011-ci il aprelin 4-dən Türkiyəni təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti