Azərbaycan İslamiadanı 9 medalla başa vurdu - taekvondo üzrə

19 May 2017 00:16 İslam Oyunları 440
Azərbaycan İslamiadanı 9 medalla başa vurdu - taekvondo üzrə

Azərbaycan taekvondoçuları "Bakı 2015" I Avropa Oyunlarını 9 medalla başa vurublar. Sportinfo.az xəbər verir ki, sonuncu yarış günündə daha 2 medal əldə olunub. Bürünc medal əldə edən Məhəmməd Məmmədovun (63 kq) ardından Ramin Əzizov (87 kq) qızıl medala yiyələnib. Əzizov finalda iranlı Əhməd Məhəmmədini yenib - 16:14.

Beləliklə, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 bürünc medalla başa vurublar. Əvvəlki yarış günlərində kişilərdən Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) qızıl, Qaşım Maqomedov (54 kq) gümüş, qadınlardan isə Patimat Abakarova (49 kq) və Yaprak Eriş (57 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"