COP29

Elvin hamını kövrəltdi - FOTO

18 May 2017 21:12 İslam Oyunları 835
Elvin hamını kövrəltdi - FOTO

Azərbaycan yunan-Roma güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarını 4 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub. Sportinfo.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan pəhləvanlar da fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Onlar 3 qızıl, bürünc medal qazanıblar. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) qızıl medala sahib olub. Günün yeganə bürünc medalını 130 kq çəki dərəcəsində yer alan Sabah Şəriəti qazanıb. O, 3-cü yer uğrunda görüşdə suriyalı Raja Alkradı 9:0 hesabı ilə yenib.

İlk yarış günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib. Elvin Mürsəliyevin qızıl medal sevinci azarkeşləri kədərləndirib. Belə ki, o, Azərbaycan bayrağını qarşısına qoyaraq Allaha şükür edib.

Digər Xəbərlər
Xəbər Lenti