COP29

Komanda hesabında 2-ciyik

18 May 2017 17:00 İslam Oyunları 292
Komanda hesabında 2-ciyik

Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə yarışlar başa çatıb. Sportinfo.az xəbər verir ki, İslam Oyunlarında da digər ağır atletika yarışlarında olan sistemlə turnirin ən yaxşı qadın və kişi komandaları müəyyən edilib.

Hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal... və nəhayət, 25-ci yer 1 xal.

Azərbaycan yığma komandası bu yarışa tam heyət – 8 kişi və qadın atletlə qatılıb . Yetərincə gənc heyətə malik komandamızın üzvləri ümumilikdə 4 dəfə fəxri kürsüyə qalxdılar. Qadınlarda Səbinə Əzimova (53 kq) və Elnarə Abbasova (63 kq) bürünc, Anastasiya İbrahimli (69 kq) isə qızıl medal əldə etdilər.

Kişilərdə isə 94 kq çəki dərəcəsində Rövşən Fətullayev azarkeşləri bürünc medalla sevindirdi. Ümumi heyətin 25 faizinin nəticə qazanması ağır atletikamızın inkişafı baxımından gözəl nəticədir. Həm qadın, həm də kişi yığmamız İslam Oyunlarında ağır atletika yarışlarının komanda hesabında 2-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti