COP29

"Hakimin sizə tərəfkeşliyi və bizə ədalətsizliyi göz qabağında idi"

18 May 2017 15:48 İslam Oyunları 333
"Hakimin sizə tərəfkeşliyi və bizə ədalətsizliyi göz qabağında idi"

"Təşkilatçı komandanın komandasına təşəkkür edirəm. Yarışın təqvimi sıx olduğu üçün Azərbaycan yığmasının oyununu tam izləyə bilmədim" - Sportinfo.az xəbər verir ki, bunu 23 yaşadək futbolçulardan ibarət Əlcəzair yığmasının baş məşqçisi Ameur Çafik deyib.

IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Azərbaycan millisinə 0:2 hesablı məğlubiyyətdən sonra deyib. O, bildirib ki, hakimlər ədalətsizliyə yol veriblər: "Xüsusən də yan xətt hakimlərinin oyundankənar vəziyyətlər və sarı vərəqələrlə bağlı səhvlər oldu.

Lakin öncədən demişdim ki, buraya oyun təcrübəsi qazanmaq üçün gəlmişdik. Bizim komanda 20 yaşadək futbolçulardan təşkil olunub. Azərbaycanda isə 23 yaşadək futbolçular çıxış edir. Ona görə də hakimin köməyinə ehtiyacları yox idi".

A.Çafik oyun ərzində Əlcəzairin məşqçilər korpusunun hakimlərə qarşı narazı jestlər etmələrinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hakimlərə təzyiq etməyiblər: "Hakimin düzgün olmayan qərarları var idi. Buna reaksiya verirdik. Oyun boyu hakimin tərəfkeşliyi və ədalətsizliyi göz qabağında idi".

Baş məşqçi komandanı bir ay ərzində topladıqlarını və məqsədlərinin təcrübə toplamaq olduğunu vurğulayıb: "İslamiadadan beynəlxalq yarışlara hazırlaşmaq üçün yararlanacağıq. Qabaqda bürünc medal uğrunda görüş var".

A.Çafik Əlcəzair futbolçularından birinin paltardəyişmə otağının qapısını qırmasına və azərbaycanlı oyunçu ilə dəyişdiyi formanı yerə atmasına da münasibət bildirib: "Bu təsdiqin taparsa, ölçü götürəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti