İslamiada: Azərbaycan suya tullananı bürünc medal qazandı

18 May 2017 19:12 İslam Oyunları 432
İslamiada: Azərbaycan suya tullananı bürünc medal qazandı

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma növündə təmsil edən Dmitri Sorokin bürünc medal qazanıb. Sportinfo.az xəbər verir ki, Sorokin 3 metrlik tramplindən tullanmada 331,25 xal toplayıb.

Qızıl medalı 338,35 xalla iranlı Mojtaba Vəlipur, gümüş medalı 332,40 xalla indoneziyalı Aldiansyah Rafi əldə edib.
Qeyd edək ki, bu, Azərbaycanın suya tullanma növündə ilk medalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"