COP29

Azərbaycan stolüstü tennis növündə ilk medalı özünə təmin etdi

18 May 2017 15:12 İslam Oyunları 470
Azərbaycan stolüstü tennis növündə ilk medalı özünə təmin etdi

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinala yüksəliblər. Sportinfo.az xəbər verir ki, Miao Vanq 1/4 finalda iranlı Maryam Samatı üstələyib - 4:0. Jinq Ninq isə eyni hesabla fələstinli Diana Assini yenib.

Yarımfinalda Vanq Türkiyəni təmsil edən Melek Hu ilə, Ninq isə iranlı Neda Şahsuvari ilə qarşılaşacaq. Görüşlər mayın 19-da olacaq. Nəticədən asılı olmayaraq, Azərbaycanın ən azı bir stolüstü tennisçisi medalı təmin edib.

Kişilərin mübarizəsində də Azərbaycan təmsilçisi Xinhanq Yu 1/4 final görüşünə çıxacaq. Rəqib iranlı Nima Deronkolayi Alamiyan olacaq.

Digər Xəbərlər
Xəbər Lenti