Kərbəlayi Çələbiyevə uduzdu

18 May 2017 17:48 İslam Oyunları 437
Kərbəlayi Çələbiyevə uduzdu

IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərinə start verilib. Sportinfo.az-ın məlumatına görə, əvvəlcə rinqə 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev çıxıb. O, iraqlı Ammar Kərbəlayi ilə qarşılaşıb. 3 raundluq döyüşün sonunda hakimlər yekdilliklə Çələbiyevi qalib elan ediblər.

Bu gün Azərbaycanın daha 5 boksçusu final görüşünə çıxacaq. Boks növündə Azərbaycana ilk medalı 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev qazandırıb. O, bürünc medalla kifayətlənib. Cavid Çələbiyev İslamiadada 101-ci medalı, o cümlədən, 51-ci "qızıl"ı rəsmiləşdirib.

Final
60 kq. Cavid Çələbiyev - Ammar Kərbəlayi (İraq)
69 kq. Tamerlan Abdullayev - Bobo-Usmon Baturov (Özbəkistan)
75 kq. Kamran Şahsuvarlı - Tursınbay Kulahmet (Qazaxıstan)
81 kq. Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan)
91 kq. Teymur Məmmədov - Burak Akşin (Türkiyə)
+91 kq. Məhəmmədrəsul Məcidov - Manaf Asad (Suriya)
Bakı Kristal Zalı-2

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"