"Məni döşəyə dəvət etdilər, yorğunluq hələ bədənimdə qalmışdı"

18 May 2017 14:00 İslam Oyunları 492
"Məni döşəyə dəvət etdilər, yorğunluq hələ bədənimdə qalmışdı"

"Yarışa yaxşı hazırlaşmışdım. İlk rəqibim İran idmançısı idi və ona 10:5 hesabı ilə qalib gəldim" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə 59 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Murad Məmmədov deyib.

O, yarımfinalda uduzmasını yorulması ilə əlaqələndirib: "İran idmançısı ilə güləşdikdən iki görüş sonra məni yenidən döşəyə dəvət etdilər. Yorğunluq hələ bədənimdə qalmışdı. Ona görə də qırğız idmançıya uduzdum".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"