COP29

İslamiada: Azərbaycanın 2 taekvondoçusu yarımfinala yüksəldi

18 May 2017 13:36 İslam Oyunları 185
İslamiada: Azərbaycanın 2 taekvondoçusu yarımfinala yüksəldi

Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə son yarış gününün görüşlərinə start verilib. Sportinfo.az xəbər verir ki, Azərbaycanı 5 çəki dərəcəsindən 4-də təmsil edən taekvondoçular da döyüşlərə çıxıb.

Yeniyetmələr arasında olimpiya çempionu Səid Quliyev (74 kq) və yeganə qadın dayanq ustası Darya Şkurko ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Məhəmməd Məmmədov (63 kq) və Ramin Əzizov (87 kq) yarımfinala yüksəliblər.

Kişilər
63 kq

1/2 final. Məhəmməd Məmmədov - Alimjan Serikbayev (Qazaxıstan)
1/4 final. Məhəmməd Məmmədov - Omar Hajjami (İndoneziya) - 26:10
1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) - 9:2

74 kq
1/4 final. Səid Quliyev - Toş van Diyk (Surinam) - 19:17

87 kq
1/2 final. Ramin Əzizov - Serdar Yüksel (Türkiyə)
1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya) - 27:8

Qadınlar
62 kq

1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş) - 8:10
Bakı İdman Zalı

Digər Xəbərlər
Xəbər Lenti