COP29

"Mən bu qələbəmi bir nömrəli fanatım olan anama həsr edirəm"

18 May 2017 09:24 İslam Oyunları 213
"Mən bu qələbəmi bir nömrəli fanatım olan anama həsr edirəm"

"Yarış çətin keçdi. İlk rəqibim - Pakistan idmançısı dünya üçüncüsüdür. O, məni yordu" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Ayxan Tağızadə deyib. 68 kq çəki dərəcəsində mübarizə Tağızadə final görüşündə əlindən gələni etdiyini söyləyib:

"İran idmançıları da taekvondoda bizim kimi güclüdürlər. Buna baxmayaq, qalib gəldim. Çox çətin final oldu. Qələbəni bir nömrəli fanatım olan anama həsr edirəm. Atam və şəxsi müəllimim olan Əvəz Tağıyevə, qardaşıma minnətdaram. Əziyyəti olan hər kəsə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı