COP29

"Bir səhv mənə baha başa gəldi, çempionluq gözləyirdim"

18 May 2017 08:36 İslam Oyunları 330
"Bir səhv mənə baha başa gəldi, çempionluq gözləyirdim"

"Mən də digərləri kimi çempion olacağımı gözləyirdim. Amma bir səhv mənə baha başa gəldi" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində bürünc medal mükafatçısı Rəsul Çunayev deyib.

Onun sözlərinə görə, hesabda öndə olması onu arxayın salmayıb: "Mən Oyunlara çox yaxşı hazırlaşmışdım. Hətta deyə bilərəm ki, rəqiblərimdən bir baş üstün idim. Gördüyünüz kimi, iranlı idmançıya 5:0 hesabı ilə qalib gəlirdim. Amma özüm fənd işlətmək istədim, amma əks-fəndə düşdüm".

İslamiadanın bürünc mükafatçısı gələcək planlarından da danışıb: "Mənim üçün hər bir medal əzizdir, o cümlədən bürünc medal. Çünki bu medalı qazanmaq üçün tər tökürəm. Dünya çempionatına hazırlaşıram və orada bu səhvimi təkrar etməməyə çalışacağam".

Digər Xəbərlər
Xəbər Lenti