"Bundan sonra ailəmi dolandırmaq üçün döyüşəcəm"

18 May 2017 10:48 İslam Oyunları 612
"Bundan sonra ailəmi dolandırmaq üçün döyüşəcəm"

"Final döyüşüm çox uzun çəkdi, sonda qızıl xalla qalib gəldim. Sabah da digər taekvondoçularımız yarışacaq. Onlara da uğurlar arzulayıram" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev deyib.

İsayev yeni titulundan əlavə, Avropa, dünya, olimpiya çempionluğu və "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb. 87 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu bildirib ki, mümkün olan bütün titulları qazanmasına baxmayaraq, qarşıdakı yarışlara da ciddi hazırlaşacaq:

"Bəli, mümkün olan bütün titulları qazanmışam. Bundan sonra motivasiyam ailəmi dolandırmaq üçün döyüşməkdir. İkiqat olimpiya çempionu olaraq, ilkə imza atmaq? Bunu Allah bilir necə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"