COP29

"Bir qədər yorğun olsam da, qalib gəlməyə çətinlik çəkmədim"

18 May 2017 00:34 İslam Oyunları 220
"Bir qədər yorğun olsam da, qalib gəlməyə çətinlik çəkmədim"

"Döyüşlər çətin deyildi, amma rəqiblər yaxşı idi" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Patimat Abakarova deyib. 49 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançı bildirib ki, final görüşündə bir qədər yorğun olsa da, qalib gəlməyə çətinlik çəkməyib.

O, qələbəni ailəsinə həsr etdiyini söyləyib: "Yarışa yaxşı hazırlaşdım və ciddi yanaşdım. İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər qızıl medal gözləyirdi. Buna nail olduğum üçün sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə həsr edirəm. Federasiyamıza minnətdarlığımı çatdırırıam".

Digər Xəbərlər
Xəbər Lenti