COP29

Azərbaycanın üzgüçülərdən ibarət komandası "bürünc" qazandı

17 May 2017 20:00 İslam Oyunları 179
Azərbaycanın üzgüçülərdən ibarət komandası "bürünc" qazandı

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən üzgüçülərdən ibarət komanda bürünc medal qazanıb. Sportinfo.az xəbər verir ki, tərkibi Yuliya Stısyuk, Fatimə Alkərəmova, İlahə Rəciyeva və Alsu Bayramovadan ibarət kvartet 4X100 metr məsafəyə kompleks estafetdə finişə 4 dəqiqə 34,42 saniyəyə çatıb. Qızıl medalı 4 dəqiqə 12,78 saniyə nəticə ilə Türkiyə, gümüş medalı isə 4 dəqiqə 17,52 saniyə nəticə ilə İndoneziya komandası əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı