Bu keçid üçün 30 milyon avro təzminat ödəməyi qəbul etdi

18 Sentyabr 17:24 İngiltərə 226
Bu keçid üçün 30 milyon avro təzminat ödəməyi qəbul etdi

"Liverpul" "Bavariya"nın yarımmüdafiəçisi Tyaqo Alkantaranın transferini həll edib.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" bu keçid üçün 30 milyon avro təzminat ödəməyi qəbul edib.

Mersisaydlılar 29 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılıq əldə edib. Növbəti həftə transferin rəsmiləşəcəyi gözlənilir.

"Bavariya" İspaniya millisinin üzvünü 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo ötən mövsüm 35 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər Lenti