"Mançester Yunayted"də yeni müqavilə - 2021-ci ilin 31 yanvarına kimi

1 İyun 2020 15:32 İngiltərə 531
"Mançester Yunayted"də yeni müqavilə - 2021-ci ilin 31 yanvarına kimi

Odion İqalo "Mançester Yunayted"dəki çıxışını davam etdirəcək.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "Şanxay Şenxua" ilə razılıq əldə olunub. İqalonun icarə müddəti 2021-ci ilin 31 yanvarına kimi uzadılıb.

MY bu ilin yanvarında 3 milyon funt qarşılığında nigeriyalı futbolçunu 4 aylıq icarəyə götürmüşdü.

"Qırmızı şeytanlar"ın heyətində 8 matçda meydana çıxan İqalo 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?