İngiltərə çempionatında mövsüm ləğv olundu

15 May 22:20 İngiltərə 382
İngiltərə çempionatında mövsüm ləğv olundu

İngiltərənin səviyyəcə 4-cü çempionatı sayılan “League Two”da 2019/20 mövsümü ilə bağlı qərar verilib.

Sportinfo.az xəbər verir ki, sözügedən liqada koronavirus pandemiyasına görə yarımçıq qalmış cari mövsüm ləğv olunub.

Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

3-cü liqaya yüksələcək və aşağı dəstəyə düşəcək komandalarla bağlı isə hələlik rəsmi qərar qəbul olunmayıb. Bunun turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşdiriləcəyi gözlənilir.

İngiltərədə yerli liqalar martın 13-də dayandırılıb. Gələn həftə isə səviyyəcə 3-cü çempionat sayılan “League One” ilə bağlı yekun qərar veriləcək.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?