Bir baş məşqçinin "canlı bomba"(lar) dərdi varsa…

15 Noyabr 2023 11:20 Sabah 1 242
Bir baş məşqçinin "canlı bomba"(lar) dərdi varsa…

Yenidən Avropada görünmək istəyən «Sabah»ı mən Tovuzda gördüm.

Yalnız indi-indi mənə məlum olur ki, Premyer Liqada qeyri-sabit qrafik cızmalarının səbəb(lər)i nədir.

Ən başlıcasını qeyd edim - transfer siyasəti. Bəndəniz əmindir ki, yayda alınan legionerlərin bir çoxu Murad Musayevin zövqündən uzaqdır.

Hər məşqçinin futbola öz baxışı, öz yanaşması var. Ötən mövsüm bildik ki, kompakt və dinamik tərz özbək kökənli rusiyalı baş məşqçinin əsas oyun prinsipidir.

O, qalibiyyətdən ötrü arxaya qapanmağı, birinci zonada «avtobus park»ı salmağı şəxsinə yaraşdırmır. X

oşlayır ki, komandası hücum etsin, mərkəzdən və cinahlardan rəqib qapısına həmlələr təşkil olunsun.

Tovuzda köhnə dəst-xəttin bəzi çalarları göz vurdu. Qımıldanma hiss etdim. Ölü nöqtədən tərpənmə bir addım irəliləyiş deməkdir.

Davit Volkov səfər oyununda het-trik etdi. Gürcüstanlı hücumçunun fürsətcilliyi burada özünü göstərdi. Onda yanğı əmələ gəlib.

Musayevin rəğbətini yenidən qazanmaqdan ötrü hər şeyə hazırdır. Desələr, əsas heyətdə daim oynamaq üçün başından keç, ona da razılaşar.

İstərdim ki, bu təsvirə müdafiəçiləri də əlavə edim, edə bilmirəm. Arxa xətdəkilər ümumi ansambldan çox geridədir. Bura «canlı bomba»larla doludur.

Adətən, komandada biri belə olanda baş məşqçini dərd götürür. Murad Musayevin dərdi həmkarlarından daha böyükdür.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti