20 Yanvar şəhidləri belə anıldı - VİDEO

20 Yanvar 2024 10:30 E-Topaz 1 111
20 Yanvar şəhidləri belə anıldı - VİDEO

Bu gün azadlıq yolumuzun başlanğıcı olan 20 Yanvar - Ümumxalq Hüzn Günüdür.

Uzun illər ərzində edilən haqsızlıqlara etirazını bildirən xalqımıza qarşı məhz 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları tərəfindən misli görünməmiş cinayət törədildi.

Xalqın azadlıq istəyinin, həmçinin Ermənistandan həmvətənlərimizin kütləvi deportasiyasına etirazların qarşısını almaq məqsədilə Bakıya və bəzi rayonlara qoşun yeridildi, nəticədə yüzlərlə insan şəhid oldu və yaralandı.

Bu tarixi hadisə milli azadlıq hərəkatımızın dönüş nöqtəsi oldu.

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin qurbanları dərin ehtiramla yad edilir. Şəhidləri hörmətlə anan şirkətlərdən biri də “BAL LİNE” olub.

Şirkət Ümumxalq Hüzn Günü ilə əlaqədar videoçarx yayımlayıb.

Xatırladaq ki, “BAL LİNE” şirkətinin rəsmi ticarət markası “ETOPAZ”dır.

Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada