Mahir Emreli bu qolla “Dinamo”nu məğlubiyyətdən xilas etdi - VİDEO

6 Noyabr 2023 01:00 Bizimkilər 761
Mahir Emreli bu qolla “Dinamo”nu məğlubiyyətdən xilas etdi - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində “Varajdin”lə qarşılaşıb.

Bu oyunda qalib müəyyənləşməyib – 1:1.

Emreli də bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb. Komandasının bərabərlik qolunu da 90+4-cü dəqiqədə Mahir vurub.

“Dinamo” hazırda turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.

"Varazdin" - "Dinamo" 1:1

Qollar: Ristovski, 54-avtoqol (1:0), Mahir Emreli, 90+4 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti