
“Ağrıya dözmək olur, sadəcə, tam sağalmam üçün bir az vaxt lazımdır”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın qapıçısı Andrey Lunyova aiddir.
Hazırkı durumu barədə danışan kiper bildirib ki, “Bayer”lə Bakıdakı Avroliqa oyununda Bonifase ilə toqquşmadan sonra problemləri var:
“Lakin onlar kritik deyil və oynamağa imkan verir. Ümid edirəm ki, hazırkı istirahət faydalı olacaq və yüklənmə olmadığından dizim daha tez sağalacaq.
İdman formama gəlincə, düşünürəm ki, oyun tonusum qayıdıb. Üzərimdə işləyərək, inkişaf edirik.
Karyeramda yeni bir mərhələ başlayıb, indi təcrübə baxımından itirilənləri qaytarmaq lazımdır. Hər halda iki il oynamamaq asan deyildi.
Əsas odur ki, zədələr təkrarlanmasın. Ona görə də ilk növbədə fərdi məşqlərdə müəyyən düzəlişlər edilib”.
Lunyov 2021-2023-cü illərdə “Bayer”in oyunçusu olub. Bu müddət ərzində o, üç rəsmi oyun keçirib. 2023-cü ilin yayında isə qapıçı “Qarabağ”a transfer olunub.